"Əsrin fəlakəti"nin ildönümündə Türkiyədə növbəti zəlzələ
6-02-2026, 12:08
Aralıq dənizində zəlzələ olub.
Fevralın 6-da Türkiyə ərazisində zəlzələ qeydə alınıb.
AFAD və "Kandilli" Rəsədxanasının yaydığı məlumata əsasən, yeraltı təkanlar saat 08:31-də (Bakı vaxtı ilə saat 09:31) Aralıq dənizi hövzəsində baş verib. Zəlzələnin gücü 4.2 bal, ocağının dərinliyi isə 5.32 kilometr olub.
Yeraltı təkanların bəzi bölgələrdə hiss edildiyi bildirilir. Hadisə nəticəsində dağıntı və ya insan tələfatı barədə rəsmi məlumat açıqlanmayıb.
Məlumata görə, hazırda vəziyyət stabildir.
Qeyd edək ki, 6 fevral 2023-cü ildə "əsrin fəlakəti" kimi xarakterizə olunan dağıdıcı zəlzələlər baş vermişdi.