Hindistanda Türk Tarixi və Mədəniyyəti
9-02-2026, 09:34

Fursi, 16-cı əsr “Nasabnāma-i Shahriyārī” əsərində Qutbşahlar sülaləsinin tarixini Cələyirilər dövründən, Qara-Məhəmməd Türkmənin həyatı və Cələyrilər hökmdarı Şeyx Uveyslə döyüşlərindən başlayır.
Qara-Məhəmməd Türkmən “böyük türk şahı” (shahriyārī zi shāhān-i turk) kimi təsvir olunur, paytaxtı Təbriz olsa da, Fursi onun köçəri həyat tərzini də vurğulayır:
«Onun saysız-hesabsız sürüləri və ona sadiq yüz minlik tayfa əsgərləri var idi».
Qələbəsindən sonra bir gecə Qara-Məhəmməd yuxu görür; yuxuda onun köynəyindən bir günəş çıxır və Hindistana qədər yayılan işıq saçır:
«Parlaq işıq həmin torpağa çatanda, küfrün qaranlığı yox oldu. Bütün Hindistan bu işıqla işıqlandı, hindu tanrıları yandırıldı, müqavilələr və adətlər məhv edildi».
Oyananda, Qara-Məhəmməd bir münəccim çağırır və o, yuxunu şərh edərək proqnoz verir ki, Hindistan İslamın nuru ilə Qara-Məhəmməd vasitəsilə işıqlanacaq.
Kitab: Turkish History and Culture in India, A.Peacock, Richard Piran McClary
Milli Kimlik
TEREF

