O boyda nəhəng Rusiyaya qarşı 27 il döyüşdük...

10-02-2026, 00:07           
O boyda nəhəng Rusiyaya qarşı 27 il döyüşdük...
Bəzən 1804- 1813 və 1826-1828-ci illərdə baş verən müharibələrə rus-fars müharibələri, rus-İran müharibələri deyilir.
Niyə yalan danışılır?
Azərbaycan bəylərbəyi, Qacar vəliəhdi Abbas Mirzə Qacar döyüşüb.
Döyüşən bütün qüvvə, silah-sursat, təchizat ancaq Azərbaycanın idi. Başqa vilayətlər qoşulmurdu. Hətta Fətəli şahın oğluna məşhur məktubu var. Abbas Mirzə cavab məktubunda atası Fətəli şaha yazır ki,
"ata, mən uşaqlıqdan atdan düşmürəm, döyüşürəm, Azərbaycan tükəndi". O boyda nəhəng Rusiyaya qarşı Azərbaycan bəylərbəyliyinin resursu yox idi axı. Ancaq buna baxmayaraq 27 il döyüşdük. Ta İrəvan ruslar tərəfindən alınana kimi. Deməli, bacardıq.
Ancaq rus bunu bizə necə təqdim edir? Abbas Mirzə başda olmaqla uğursuz, kütbeyin kütlə məğlub oldu. Əgər məğlub olan idisə, ay rus, niyə 27 il döyüşdünüz? Qafqaz kiçik bir ərazidir, Sibir xanlığını heç yarısı boyda deyil.
Sibiri bir mövsümdə almısansa, Qafqazı niyə 27 ilə ala bilmirdin? Rusun ekspansionist siyasətinin belini Qafqazda elə bizlər qırmışıq. Rusun bura qoyduğu maya, güc, hərbi xərclər hesablansa, bəlkə də on Avropa ala bilərdi.
Rizvan Hüseynov,
Qafqaz Tarixi Mərkəzinin direktoru
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru