Qacar hökmdarı Nasirəddin şahın maliyyə yardımı ilə Bağdaddakı İmam Musa Kazım türbəsinin təmir olunması

12-02-2026, 00:07           
Qacar hökmdarı Nasirəddin şahın maliyyə yardımı ilə Bağdaddakı İmam Musa Kazım türbəsinin təmir olunması
Nəzərə alaq ki, o zamanlar bu cür yardımlar Osmanlı tərəfindən elə də asan qəbul olunmurdu.
"Məlum olunur ki, İran (Qacar-red.) şahı hazrətləri tərəfindən Bağdadda yerləşən İmam Musa Kazım (ə) türbəsi və onun minarələrinin təmiri üçün müəyyən miqdarda pul vəsaiti göndərilmişdir.
Bu məsələdə müqəddəs məkanların (ətəbətin) təmiri ilə vəzifələndirilmiş Şeyx Əbdülhüseyn əfəndi ilə İran şahının konsulu (şəxbəndər) tərəfindən icazə verilməsi xahiş edilmişdir.
Həqiqətən də, adıçəkilən müqəddəs türbə və minarələr təmirə ehtiyaclı vəziyyətdədir. Bu işin Dövlət-i Aliyyə tərəfindən həyata keçirilməsi daha münasib olardı, lakin vaxtın və imkanların darlığı səbəbilə bu mərhələdə İran (Qacar-red.) şahının ayırdığı vəsaitlə, hökumət nəzarəti altında və müəyyən olunmuş əsaslara uyğun şəkildə təmirin aparılmasında heç bir maneə görülməmişdir."
Dövlət-i Aliy­yənin (Osmanlı imperiyasının) Telqraf İdarəsi, Bağdad, 15 iyun 1862
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru