Türkiyədə İran PUA-sının qalıqları tapıldı

12-02-2026, 10:28           
Türkiyədə İran PUA-sının qalıqları tapıldı
Türkiyənin Ordu vilayətinin Ünye bölgəsində ötən gün səhər saatlarında dəniz kənarında naməlum cisim aşkar edilib.

TEREF xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalar nəticəsində həmin cismin İran istehsalı olan kamikadze pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyənləşib.

Qeyd olunub ki, vətəndaşlar dəniz kənarında şübhəli cisim görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Xəbərdarlıqdan sonra əraziyə polis, jandarm və sahil mühafizə qrupları gəlib.

Detallı araşdırma üçün bölgəyə ekspertlər cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru