İstanbulda şadlıq sarayları ilə bağlı maraqlı qərar: Həftənin bir günündə toy etmək qadağan edildi

14-02-2026, 12:17           
İstanbulda şadlıq sarayları ilə bağlı maraqlı qərar:
Türkiyədə İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası bu sahədə əks-səda doğuracaq bir qərara imza atıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, martın 1-dən etibarən şəhərdə fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy təşkil edilən məkanlar və qız istəmə evləri çərşənbə axşamı günləri fəaliyyətini dayandıracaq.

İşçilərin rifahını və davamlılığı üstün tutan bu tövsiyə xarakterli qərar həm obyekt sahiblərinin, həm də personalın istirahət hüququnun qorunması məqsədi daşıyır. Həmçinin birdən çox məkana sahib olanların iş yükünün nizamlanması və təqdim olunan xidmət keyfiyyətinin artırılması da əsas məqsədlər sırasında yer alır.

Çərşənbə axşamı günləri tədbir təşkil etmək istəyən müəssisələr üçün isə xüsusi tənzimləmə tətbiq edilib. Belə hallarda müəssisələr mövcud vəziyyəti quruma yazılı formada əvvəlcədən bildirməlidir.

Qəbul edilən qərara riayət etməyən obyektlərə qarşı müvafiq tədirlər görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru