Ərdoğan BƏƏ və Efiopiyaya səfər edəcək

15-02-2026, 11:54           
Ərdoğan BƏƏ və Efiopiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyayə rəsmi səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan 16 fevralda BƏƏ Prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək. Danışıqlar zamanı Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.

Prezident Ərdoğan səfərinin növbəti mərhələsində 17 fevralda Əddis-Əbəbədə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə bir araya gələcək. Görüş çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri nəzərdən keçiriləcək.

Səfərlər zamanı danışıqları yekunlaşmış müxtəlif müqavilə və sənədlərin imzalanması da nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru