“Yeraltı”nın aktyorunu bloqerin ölümü ilə nə bağlayır? - 1 saat öncə evində olub TƏFƏRRÜAT/VİDEO

16-03-2026, 16:23           
“Yeraltı”nın aktyorunu bloqerin ölümü ilə nə bağlayır? - 1 saat öncə evində olub TƏFƏRRÜAT/VİDEO
Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb.

Türkiyə KİV -ləri xəbər verir ki, qadın hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıbmış.

Maraqlısı isə budur ki, Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.

Bununla bağlı polis idarəsində izahat verən aktyor bildirib ki, modelyerlə təxminən üç həftə əvvəl sosial media vasitəsilə tanış olub.

İki dəfə onun evinə gedib, bir dəfə isə birlikdə gəzintiyə çıxıblar.

O, həmçinin deyib ki, Eraslan xaricdən qayıtdıqdan sonra telefonla əlaqə saxlayıblar, görüşmək üçün onun evinə gedib. Bildirib ki, orada çay içiblər, lakin Ayşegül ona zarafatla şillə vurub.

Kurtuluş “belə əl-qol zarafatlarını xoşlamıram” deyərək sərt reaksiya verdiyini qeyd edib.

Xatırladaq ki, Sunay Kurtuluş Türkiyənin izlənmə rekordu qıran seriallarından biri olan “Yeraltı”da “Adnan” obrazını canlandırır

Hadisə ilə bağlı araşdırma gedir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru