Herodotun sözlərinə görə, Taurilər Krım dağətəyi ərazilərinin sakinləri idilər. Çöllərdə, dağətəyi ərazilərdə və Kerç yarımadasında qonşuları skif tayfaları idi. Digər yunan tarixçiləri onları Taur-Skiflər adlandırırdılar. Qədim müəlliflər (məsələn, Strabon) Taurilərin "sürülərlə köçəri həyatı sevdiklərini" qeyd edirdilər. Onlar dağlarda mal-qara otarırdılar, eyni zamanda əkinçiliklə də məşğul olurdular (buğda və arpa yetişdirirdilər).
"TAURLAR" sözü türkcə "TAUL" ("dağlı" və ya "dağ sakini" mənasını verir) sözünə çox oxşayır. Və "Taur-Skiflər" dağ skifləri deməkdir. Fidan Bar