Qazaxıstanda qadınlara qarşı cinsi zorakılıq işlərini yalnız qadın müstəntiqlər araşdıracaq.

Bu gün, 09:44           
Qazaxıstanda qadınlara qarşı cinsi zorakılıq işlərini yalnız qadın müstəntiqlər araşdıracaq.
Qazaxıstan hakimiyyəti qadınlarıin hüquqlarının daha effektiv qorunması məqsədilə yeni qərar qəbul edib.
Yeni qaydaya əsasən, qadınlara qarşı cinsi zorakıliq və cinsi istismar halları ilə bağlı istintaq işləri yalnız qadın hüquq-mühafizə əməkdaşlarına həvalə olunacaq.
Rəsmilərin fikrincə, bu addım zərərçəkən qadınların özlərini daha rahat hiss etməsinə və hadisələr barədə daha açıq ifadə verməsinə kömək edəcək.
Qərar polis və istintaq orqanlarında bu kateqoriyadan olan işlərə baxılması prosedurunun təkmilləşdirilməsi çərçivəsində qəbul olunub .
Təşəbbüs insan hüquqları müdafiəçiləri tərəfindən qadınların müdafiəsini gücləndirən mühüm addım kimi qiymətləndirilir.
Mənbə: The Times of Central Asia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru