20 il əvvəl reklamında rol aldığı şirkətdə bu dəfə pilot kimi uçacaq — FOTOLAR

Dünən, 16:24           
20 il əvvəl reklamında rol aldığı şirkətdə bu dəfə pilot kimi uçacaq — FOTOLAR
Uşaqlıq illərində atasının çalışdığı hava yolu şirkətinin reklam filmində rol alan 26 yaşlı Atakan Erdemli, illər sonra həmin şirkətdə pilot kimi fəaliyyət göstərməyə hazırlaşır.

Atakan Erdemlinin aviasiyaya marağı uzun illər bu sahədə çalışan atası Nezih Erdemlinin təsiri ilə başlayıb. Uşaqlıqdan model təyyarələrlə böyüyən Erdemli, ailə mühitinin də təsiri ilə gələcəyini aviasiya sahəsində qurmağa qərar verib.

Əvvəlcə Aviasiya və Kosmos Mühəndisliyi üzrə təhsil almağı planlaşdıran gənc, daha sonra şirkətin Çoxpilotu Lisenziyası Proqramına (MPL) qoşulub. Ötən ilin fevralında başlayan 18 aylıq intensiv təlim prosesində nəzəri dərsləri və uçuş mərhələlərini uğurla tamamlayan Erdemli hazırda Boeing simulyatorları ilə keçirilən “Tip Təlimi” mərhələsinə keçib.

Gənc pilot namizədi bildirib ki, uşaqlıqdan qurduğu bu arzunun reallaşması onun üçün böyük həyəcan mənbəyidir:

“Uşaqlıqdan bu arzunu qurmuşdum. Pilotluqla yanaşı, təyyarələrlə bağlı bir çox sahədə çalışdım. Əsas məqsədim pilot olmaq idi. İndi bu mərhələnin sonuna yaxınlaşdığım üçün çox həyəcanlıyam.”
Atakan Erdemli pilot olmaq istəyən gənclərə də tövsiyələr verərək, uğur üçün əzmkarlığın və qərarlılığın vacib olduğunu qeyd edib.

Bu uğurda oğluna dəstək olan ata Nezih Erdemli isə hisslərini qürurla ifadə edib. O bildirib ki, oğlunun həm öz, həm də ailəsinin arzularını həyata keçirməsi onun üçün böyük sevincdir.

“Bundan sonrakı yol ona aiddir. O, böyük səy və uğurla aviasiya sektorunda layiqli yerini qazanıb. Bu sahə intizam, səbir və daim inkişaf etməyi tələb edir. Onu burada görmək mənim üçün sözlə ifadə olunmayacaq bir qürurdur”, – deyə Nezih Erdemli vurğulayıb.

20 il əvvəl reklam çəkilişində başlayan bu hekayə, illər sonra kokpitdə davam edən ata-oğul aviasiya yolçuluğuna çevrilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru