Şah Təhmasibin həyat yoldaşının Xürrəm Sultana məşhur cavab

Bu gün, 00:07           
Şah Təhmasibin həyat yoldaşının Xürrəm Sultana məşhur cavab
Şah Təhmasibin həyat yoldaşının Xürrəm Sultana cavabı: "Bizim ərlərimiz arvad sözünə baxmır!"..
"1551-ci ildə məşhur Əhlət savaşında Osmanlı ordusunu ağır itkilərə məruz qalır. Bu savaşdan sonra Sultan Süleymanın sevimli həyat yoldaşı, Osmanlı sarayını altını-üstünə çevirən Xürrəm Sultan Şah Təhmasibin həyat yoldaşına məktubunda yazır ki, “ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”.
Təhmasibin həyat yoldaşı türk qızı idi. Bu qayda idi. Vəliəhdin anası mütləq türk qızı olmalıdır. O, Dağıstan türklərindən, kumıklardan idi. Amma o zaman belə bir bölgü yox idi. Bu türk qızının Xürrəm Sultana cavabı çox orijinaldır: “Bizim ərlərimiz arvad sözü ilə oturub durmur. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”.
Məktub Təhmasibin bacısı Pərixan xanıma yönəldiləndən sonra 1555-ci ildə məşhur Amasya müqaviləsi imzalanır."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru