Qam Ata və Qam üsyanı m.ö 522-ci il.
Bu gün, 16:24

Qam adının mənasını anlamaq üçün Midiya adının mənasını bir daha aydınlaşdırmaq lazımdır. Midiya-Matay-Mada-Maday adının öntürkcədə Bağday olduğu anlaşılan zaman Bağıstan qayasındakı «Qamuata» sözünün mənası da Bağ Ata- AğBağ Ata olması aydın olur. Bağ («Bağ sözü İnsanı insana bağlayan, insanı kainata bağlayan mənasındadır yəni Tanrı,Allah deməkdir», «AğBağ isə Ulu Bağın Bağı (oğlu). İsa Muğanna «İdeal» əsəri.) sözüdə sonradan Baq-Boq-Bay-Bəy şəklini almışdır. Bağ adı fərqli dillərdə Muğ-Maq və.s Qam adı isə AğBağ sözündəndir. («Ağ baqların adı ayrı-ayrı mənbələrdə akbak, aqbaq. axvax, albaq, axbax və s. formalarda yazıya alınmışdır»,«Baq kahin və zadəgan nəsli Albaniyada, İberiyada, Van gölü vadisində Baq adlı şəhərlər, kəndlər salmış, həmin şəhərbədə Baq məbədləri tikmişdir.. İlhami Cəfərsoy “Arilərin türk mənşəyi” kitabı, səh-139).Qam Ata adının tam aydınlaşdırmaq üçün “Kitabi-Dədə Qorqud” dastanına müraciət edək."Qam oğlu Dədə Qorqud" ifadəsi məşhur dastanda oğuzların müdrik ağsaqqalı Qorqud Atanı (Qorqud Ata) və onun mənşəyini ifadə edir. Qədim türk dillərində "qam" sözü din və təbiət bilicisi deməkdir. Dədə Qorqud da gələcəyi görən, xalqa yol göstərən qam-ozan obrazıdır. Dastanında Qam adı təkcə Dədə Qorquda şamil edilmir. Məsələn, dastanda “Qam Börənin oğlı Bamsı Beyrək boyu”nda “Qam Ğan oğlı xan Bayındır xanın məclisində Baybican bəg dəxi yerindən urudurdı». Demək Qam nə şəxs adı, nə də bir boy deyil bütövlükdə bu inancın daşıyıcıları olan tayfalardan ibarət böyük etnosun adıdır. ("Qam Abdal və Qarqar tayfaları Albaniyanın ən qədim əhalisidir" Musa Klankatlı "Alban tarixi"əsəri. VII əsr). Qam Ata isə bu xalqın mənəvi başcısı və rəhbəridir. Babək adı da başçı, rəhbər yəni Babak-BağOd mənasını verir. Məsələn, BağOd-Bağdad eyni mənada işlənən Bağki- Baki və Məhkə-Məkkə burada «ki» səsi Od («Həqiqət deməkdir» İsa Muğanna «İdeal»kitabı) sözü əvəzinə işlənmişdir. Bu paylaşımımda əvvəlki məlumatlar Sizləri qürrələndirəcək, təəsüf ki, sona doğru isə malumatların anlaşılmazlığı Sizdə çaşqinliq yarada bilər! (Təvəkgül Nəbioğlu)
Qam sözü «şaman», «kahin» anlamında türk dillərində kiçik fone tik fərqlərlə şəxs, tayfa və yer adlarında geniş işlənir. Bu sözə bir neçə tarixi şəxsin adında rast gəlmək olur: Noqay xanı (XVII əsr) və Kabarda knyazı da Kam Bulat adını daşımışlar. Atillanın qurduğu hun dövlətində Ata Kam sayılan bəylərdəndir, güman ki, onun da adı Qam Ata adı kimi titul bildirir. Dədə Qorqud qəhrəmanlarından biri Kam-büre (müqəddəs qurd) adlanır, hadisələrdə birbaşa iştirak etməsə də, boylarda adı böyük hörmətlə tutulan Bayındır xan ulu qam (şaman) soyundandır: Qam-qan (Qam xan) oğludur. Oğuz başçıları Bayındır xanın məsləhətlərilə oturubdurur, mühüm el gənəşmələrində onun tövsiyələrinə uyğun hərəkət edirlər. Bu baxımdan, Qam Ata da mad bəyləri içində sözü keçən qamxan (qamata) sayıla bilər. Beləliklə, «şaman ata» anlamında qamata sanı Bisutun yazısında madalı Qam Ata adı ilə ortaya çıxır. Bu baxımdan, yuxarıda Bisutun ya zısından hərfi tərcüməsini verdiyimiz cümlənin azərcə filoloji tərcüməsi belə başlanmalıdır: Qam Ata adlı bir maq…. 522-ci il martın 11-də açıq mübarizə ilə hakimiyəti ələ alıb yenidən paytaxtı Madaya (Həmədana) köçürən Qam Ata taxta çıxdığı gündən imperiyada əmin-amanlıq yaranmışdı, amansız müharibə və çəkişmələrdən əziyət çəkən əhali yeni elbəyin fərmanı ilə üç il vergilərdən və hərbi çağrışdan azad edilmişdi. Herodot yazır ki, Qam Atanı (Smerdisi) xalq çox sevirdi, cünki xalq üçün çox iş görmüşdü, «o öləndə perslərdən başqa bütöv Asiya ağlayırdı» (Firudin Cəlilov, Tarixçi Alim)
"Qam" Azərbaycan xalqının qədim tarixi ilə sıx bağlanan bir istilahdır. Qafqazda və şimali İranda məskunlaşan madaylar – müdrik və gələcəkdən xəbər verən adamlara "qam-ata" deyirdilər və ilk qam-ata ulu Zaratuştr sayılırdı. Tanrı elçisi mənasını verən bu söz atəşpərəstlik dininin geniş yayıldığı ərəfədə baş kahinə verilən "maq-ata" (pəhləvicə "maqapata" və sindcə "mobedan" şəklinə düşərək yazı yaddaşına köçürülmüşdür) ilə yanaşı işlədilmişdir. Bu onu göstərir ki, atəşpərəstlər yaranma mərhələsində əvvəlki inancın - qamçılığın əsas daşıyıcısına sığınmış, özlərini xalq arasında bir din kimi təsdiqləyəndən sonra yenisini tətbiq etmişdilər.
(Ramazan Qafarlı filologiya üzrə elmlər doktoru,professor)
Çevrilişdən sonra madaylar Əhəmənilərin hakimiyyəti ilə razılaşmır, mübarizəni davam etdirir, hakimiy yətlərini bərpa etməyə çalışırdı. Bu mübarizənin mühüm hadisələrindən biri e.ə. 522-ci ildə baş verdi. Həmin ildə maday nəslindən olan kahin Qaumata hökmdar II Kam bisin ölkədən kənarda olmasından istifadə edərək, üsyan qaldırdı, hakimiyyətə gəldi, 7 ay ölkəni idarə etdi. Bu vaxt Əhəmənilərin nümayəndəsi I Dara (e.ə. 522-486) II Kambisi öldürərək (digər versiyaya görə, II Kambis atdan yıxılaraq aldığı yaradan ölüb) hakimiyyətə gəldi, üsyanı yatırtdı, Qaumatanı edam etdirdi. Qaumata madayların və digər əhalinin içərisində böyük nüfuza malik idi, onun qətlə yetirilməsi çox yerdə narazılıqla qarşılandı, Herodotun qeyd etdiyi kimi, “farslardan başqa Asiyada hamı onun ölümünə kədərləndi” [14, s.355]. Madayların mübarizəsi sonralar da davam etdi. Qaumatanın üsyanından 1 il sonra, e.ə. 521-ci ildə madaylar Fravartişin (Herodot onu II Fraort adlandırır) rəhbərliyi altında genişmiqyaslı üsyana başladı. Ölkənin digər ərazilərində də üsyanlar baş verdi. Parfiya və Hirkaniya əyalətlərinin türk əsilli əhalisi üsyan edərək, madaylara qoşuldu, özünü Maday hökmdarı elan etmiş Fravartişin tərəfinə keçmişdilər. I Dara üsyanı amansızlıqla yatırtdı, əsir götür dükləri Fravartişin burnunu, qulaqlarını kəsdirdi, gözünü çıxartdırdı, onu sarayın qapılarına bağlatdı, üsyanın digər rəhbərləri Ekbatanda payaya keçirilməklə edam olundu. (Akif Nağı, Tarixçi Alim)
Bisutun qayalarında Haxamanişi hökmdarı I Daraya aid edilən kitabənin verdiyi məlumata görə hökmdar Kambizin dövründə hakimiy yətə qarşı xalq çıxışlarının genişlənməsindən istifadə edən Qaumat adlı bir Madalı maq (kahin) üsyan edib, hökümdarın Misirdə hərbi səfərdə olduğu müddətdə hakimiyyəti ələ alır. Qaumatın dövlət çevrilişi fars Haxamanişilərin hakimiyyətinə qarşı Mada narazılığının təzahürü idi. Belə ehtimal edirlər ki, Qaumat madaların hökmdarlığını bərpa etmək niyyətində idi. Qaumatın ideoloji silahı zərdüştilik təlimi idi. Bu təlimdə geniş xalq kütlələrinin ümüdləri ilə bağlı demokratik və mütərəqqi ideyalar öz əksini tapmışdı. Qaumat, başqa üsyanlardan fərqli olaraq, ayrı-ayrı keçmiş qüdrətli dövlətləri (Elam, Assur, Babil, Mada və b.) bərpa etməyə deyil, Kambizin hakimiyyəti dövründə zəifləmiş “ölkələr şahlığı”, yəni Haxamanişilər dövrü Mada fövqəldövlətinin qüdrətli hakimiyyətini bərpa etməyə və möhkəmlətməyə çalışırdı. Lakin bu imperiya parsların (farsların) hakimiyyəti altında deyil, madaların başçılığı altında bərpa edilməli və möhkəmləndirilməli idi. (Qəzənfər Rəcəbli, Tarixçi Alim)
Midiya quldarlıq dövlətinin süqutunu sürətləndirən başlıca amillərdən biri Qaumatanın hərəkatı olmuşdur. Əhəmənilərin padşahı Kirin oğlu Bardiya öz qardaşı Kambiz tərəfindən e.ə. 526-cı ildə öldürülür. Xalq içərisində böyük nüfuza malik Bardiyanın ölümü böyük narazılığa səbəb olur. Zahiri görü nüşcə Bardiyə oxşayan maq Qaumat bu əlamətdən istifadə edərək e.ə. 526-ci ildə üsyan edib hakimyyəti öz əlinə aldı. Ölkədə cərəyan edən siyasi hadisələri midi yalıların xeyrinə istiqamətləndirmək və onların axınına midiyalılıq donu geydirmək, nəticə etibarı ilə Midiyanın itirilmiş əvvəlki hüquqlarını bərpa etmək üçün paytaxtı Ekbatana keçirdi. Qaumata özünü yalançı çar elan etdi. E. ə. 526-522-cı illərdə ölkənin hakimi oldu.. Qaumata hərəkatı mahiyyətinə görə, midiyalıların İran hökmranlığına qarşı azadlıq hərəkatı idi. Bu hərəkatda irandilli olmayan bütün tayfalar iştirak etmişdi.(Həsən Qəniyev, Tarixçi Alim. Az.tar səh-47)
Qaynaqların mə'lumatına görə, guya Qaumata adlı bır maq, yə’ni dini ayinləri həyata keçirən kahin, özünü Kirin oğlu Bardiya kimi qələmə verərək. Əhəməni taxt-tacını ələ keçirir. Əhəməni nəslinin digər qoluna mənsub olan Dara Qaumatanı yalançı Bardi kimi qələmə verəıək sui-qəsd təşkil edir və Bardi öldüıülür. Bisiitun yazısının akkad dilində yazılmış bəndində Qaumata «midiyalı» adlandırılır. Buna uyğun belə fikir mövcuddur ki, o. Midiya hakimiyyətini bərpa etmək istəyirmiş. Bə’zi antik müəlliflər Qaumatanı Tanioksar adlandırırlar. Herodotun mə'lumatına görə, Bardi (Smerdis adlandınr) xeyli güclü imiş. Ad fars dilində «uca, yüksək» kimi mə’nalandınlır. Qaumata (fars, qau «öküz, inək», mat türkcə «bod/bəd» sözünün eksidir 143 və «bədən, boy» mə’nasım daşıyır) fars-türk mənşəli ad olmaqla «öküz bədən», «öküz boy» mə’nasını verir. Tanioksar türk mənşəli söz olmaqla «təni öküz ƏD> ifadəsinin yunan qaynağında verilmiş formasıdır. Belə nəticəyə gəlmək olur ki, bu adların hamısı eyni bir şəxsə şamil edilmiş müxtəlif, təxminən eyni mə’nalı ləqəblərdir. Digər tərəfdən türk mənşəli ləqəb gösterir ki, İranın özündə (Midiya da daxil olmaqla) türk etnosları geniş təmsil olunmuşdular. I Dara (e.ə. 522-486-cı illər) sui-qəsd nəticəsində hakimiyyətə gəlir.(akad. Ziya Bunyadov)
Qam Ata (və ya tarixi adı ilə Qaumata) — qədim tarix və mifologiyada müxtəlif mənalar daşıyan, həm tarixi şəxsiyyət, həm də mifoloji ulu əcdad kimi qəbul edilən mühüm bir obrazdır. [1, 2]
1. Tarixi Şəxsiyyət (E.ə. VI əsr):
Tarixdə Qam Ata (Qaumata) Əhəmənilər imperiyası dövründə yaşamış bir kahin (maq) idi. E.ə. 522-ci ildə o, fars hökmdarı II Kambizin qardaşı Bardiya adından üsyan qaldıraraq hakimiyyəti ələ keçirmiş və bir müddət hökmdar olmuşdur. Daha sonra I Dara tərəfindən devrilmişdir. Bəzi tarixi tədqiqatlarda onun əslən Midiyadan (Azərbaycan ərazisindən) olduğu qeyd olunur. [1, 2, 3]
2. Mifoloji Və Dini Obraz:
Türk və Altay mifologiyasında, eləcə də Qafqazda yaşamış qədim madaylarda "Qam Ata" gələcəkdən xəbər verən, xalqı yönləndirən müdrik və elçi mənasını daşıyır. [1]
Bu ifadə kökü etibarilə şamanlıq/kamlıq (din xadimi) və ulu əcdad ("ata") anlayışlarının birləşməsidir.
Mifologiyada bir çox qaynaqlarda Qam Ata obrazının ulu Zərdüşt ilə əlaqələndirildiyi və ya ilk Qam Atanın Zərdüşt sayıldığı qeyd olunur.
Eposşünaslıqda Qam Ata fiquru, həmçinin Dədə Qorqud obrazının sələfi və ya arxetipi olaraq da incələnir.
Ətraflı məlumat üçün Azərbaycan Türklərinin Mifologiyası və ya Qaumata (Vikipediya) mənbələrinə baxa bilərsiniz. (Vikipediya)
Qam Atanın Əhəməni sülaləsindən alıb madlara qaytardığı hakimiyət Herodota görə cəmi yeddi ay çəkdi. İmperiyanın idarə olunmasından əli çıxan pers zadəganları növbəti saray çevrilişi üçün fürsət axtarırdılar. Belə məqamı saraya yaxın olan 7 pers əyanı sentyabrın sonunda əldə etdi. Onlar Qam Atanı öldürmək üçün plan cızdılar və suiqəsddən sonra dövlət quruluşunda hansı sistemi saxlamaq barədə məsləhətləşdilər.
Təvəkgül Nəbioğlu


