Türkiyə sahillərində mənşəyi məlum olmayan iki dron tapılıb

Dünən, 15:44           
Türkiyə sahillərində mənşəyi məlum olmayan iki dron tapılıb
Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Mütəxəssislər onların hansı ölkəyə məxsus olduğunu araşdırırlar.

Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, çəkisi 200 kq-dan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayası kəndində, yaşayış evinin yaxınlığındakı bağa düşüb. Yerə çırpılarkən aparatda yanğın baş verib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Digər PUA-nı isə Samsun vilayətinin Karataş rayonunda yerli sakinlər aşkar ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru