ABŞ Türkiyəyə "F-35" verə bilər: Vaşinqtondan mühüm siqnal

Bu gün, 10:26           
ABŞ Türkiyəyə "F-35" verə bilər: Vaşinqtondan mühüm siqnal
"Vaşinqton administrasiyası Türkiyəyə "F-35 Lightning II" qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı ABŞ Konqresi ilə iş aparır".

Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens bəyan edib.

"Mən bilirəm ki, Pit Heqset və bütün komanda hazırda bu məsələ üzərində işləyir. Çünki Amerika qanunvericiliyinin tələblərinə uyğun olaraq təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb", - deyə Vens ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rütte arasında Ağ Evdə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, məsələ əsasən ABŞ Konqresinin səlahiyyətlərinə aiddir.

"Burada söhbət Türkiyənin "F-35" qırıcılarını əldə edə bilməsi üçün ABŞ qanunlarının tələblərinə əməl edib-etməməsindən gedir", - deyə Vens izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru