Generalın alim gəlini həbs olunanub
Bu gün, 12:08

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən NATO sammiti ərəfəsində keçirilən planlı təhlükəsizlik tədbirləri çərçivəsində, aralarında dosent Emel Memiş, jurnalist Yıldız Tar, TEMA Vəqfinin Ankara nümayəndəsi Nevzat Özer, həmçinin Çağdaş Hüquqşünaslar Dərnəyinin vəkilləri Semra Demir və Kürşat Bafranın da olduğu ümumilikdə 103 şübhəli şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, 26 nəfərə isə ev dustanqlığı verilib.
32gun.az yazır ki, istintaq çərçivəsində saxlanılan digər 90 nəfərin isə qanuni prosedurlara uyğun olaraq növbəti gün ədliyyə binasına gətirilərək hakim qarşısına çıxarılması gözlənilir. Terrorla mübarizə tədbirləri çərçivəsində həbs olunan Ankara Universiteti İqtisadiyyat kafedrasının müəllimi, dosent Emel Memiş polisə verdiyi rəsmi ifadəsində özünə qarşı irəli sürülən "silahlı terror təşkilatına (TKP/ML) üzv olma" ittihamını rədd edərək, bu qruplaşma ilə heç bir əlaqəsinin olmadığını bildirib və effektiv peşmanlıq müddəalarından yararlanmaq istəmədiyini qeyd edib. Digər tərəfdən, aparılan araşdırmalar nəticəsində məlum olub ki, barəsində hüquqi proses davam edən Emel Memiş 2004-cü ildə Baş Qərargahın Kəşfiyyat idarəsindən təqaüdə çıxmış general-mayor Alaettin Parmaksızın gəlinidir.

