"Şah İsmayıl və Qızılbaşlıq, Babək və Hürrəmilik" - Möhtəşəm DEBAT
Dünən, 12:24

Tarixçi Elnur Nəsirov bir müsahibəsində iddia edib ki, guya Səfəvi tərəfdarları və Qızılbaşlara müsbət yanaşanların cəsarəti yoxdur ki, bununla debata çıxsınlar. Hərçənd ki tanınmış tarixçi-alimimiz Tofiq Nəcəfli onun cavabını necə lazımdırsa verib. Adamın Qızılbaşlar və Hürrəmilər mövzusunda bir sələfi kanalına verdiyi müsahibədə səsləndirdiyi həqiqətdən uzaq və bəzi məqamlarda hətta sərsəm iddialarla bağlı mən də öz növbəmdə mayın sonlarında Tiktok platformasında canlıda çıxış edərək ona debat təklifi yollamışdım. Və bir neçə qısa videoda onun bəzi iddialarına verdiyim cavabları da paylaşmışdım. Nəhayət ki, üçüncü cəhddə dostlar iyulun 4-də "Şah İsmayıl və Qızılbaşlıq, Babək və Hürrəmilik" mövzusunda mənimlə debata çıxmağa razılığını aldılar. Debatın təşkilinə kömək etdiyinə görə dəyərli soydaşlarımız Ziya Balıyevə və video-paylaşımlara görə də Turan Aliyevə öncədən təşəkkürümü bildirirəm. İndidən bəyan edirəm ki, istər Şah İsmayıl Səfəvi, istər Qızılbaşlar, istər Babək Hürrəmi, istərsə də Hürrəmilər barədə söylədiyi hər bir saxta iddianın və gerçəkləri təhrif etmə cəhdlərinin arxasında durmalı olacaq. Buyursun meydana.
Ceyhun Bayramli
TEREF

