Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir

Bu gün, 00:11           
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
Türkiyə İsrailin ABŞ-İran danışıqlar prosesini pozmaq cəhdlərini yaxından izləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra İstanbulda keçirilən mətbuat konfransında bildirib.

“Pakistanın səyləri ilə mümkün olan razılaşma sayəsində dünya rahat nəfəs ala bilib. Son günlərdə beynəlxalq mediada yayılan xəbərlər tərəflərin bu danışıqlar prosesində üzləşdiyi çətinlikləri göstərir. Bölgəmizdə gərginliyin azaldılmasına və problemlərin diplomatik yolla həllinə kömək edən hər bir addımı dəstəkləmişik və dəstəkləməyə davam edirik. İsrail administrasiyasının razılaşmanı pozmağa yönəlmiş təxribatlarını yaxından izləyirik. Siyasi varlıqlarını bölgədəki davam edən münaqişələrlə əlaqələndirən sionist yaraqlılar hazırda xüsusilə Livan və Suriyada aktivdirlər”, - deyə Ərdoğan bildirib.

O, İsrail qüvvələrinin Qəzzada dinc insanlara qarşı qeyri-insani hücumlarının dayandırılmalı olduğunu vurğulayıb: "Biz onların bölgəni barıt və qan qoxusu ilə boğmasına imkan verməməliyik. Türkiyə inancından asılı olmayaraq, bölgənin bütün sakinlərinin sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir mühit yaratmaq istəyir. Və bu baxımdan aşağıdakı məqamı vurğulamağı xüsusilə vacib hesab edirəm: Region ölkələrinin iradəsinə və töhfəsinə əsaslanmayan hər hansı bir həll yolu daimi ola bilməz".

Ərdoğan əlavə edib ki, Türkiyə "bölgədə sülh, sabitlik və rifahı gücləndirmək üçün qardaş ölkələrlə, xüsusən də Pakistanla həmrəylik içində işləməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru