Bakıdakı bu tıxacın səbəbi müzakirə yaratdı – Video

9-12-2025, 16:06           
Bakıdakı bu tıxacın səbəbi müzakirə yaratdı – Video
Dünən paytaxtın Yasamal rayonunda bir neçə küçə və prospektdə hərəkətin iflic olmasına səbəb olan tıxacın yaranma səbəbinin görüntüləri yayılıb.

Görüntülərdən tıxacın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində bir neçə sürücünün ucbatından yarandığı məlum olur.

Belə ki, sürücülərdən bəziləri avtomobili daim hərəkət üçün açıq olmalı olan kəsişmədə saxlayaraq hərəkəti kilidləyiblər.

Bu səbəbdən sözügedən küçələrlə yanaşı, Mətbuat prospekti, Abdulvahab Salamzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Tbilisi prospekti, eləcə də digər ətraf yollarda böyük tıxac yaranıb.

Sosial şəbəkədəki videoya şərh bildirən şəxslər tıxaca səbəb olan sürücüləri qınayıb və kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu şəraitdə oraya daxil olmağın yolverilməzliyini vurğulayıblar.

Qeyd edək ki, artıq bir neçə aydır paytaxt ərazisində bəzi yol kəsişmələrində bu kimi halların qarşısını almaq üçün “sarı tor” işarələnməsi həyata keçirilir. Kəsişmədən sonra hərəkətin mümkünsüz olduğu halda oraya daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətini bloklayan avtomobillər inzibati məsuliyyət daşıyır və cərimələnirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]