Azərbaycan kassa aparatlarını hansı ölkələrdən alır?

Bu gün, 16:44           
Azərbaycan kassa aparatlarını hansı ölkələrdən alır?
2026-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 7 889 ədəd kassa aparatı idxal edib.

Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 1 milyon 230 min 290 ABŞ dolları təşkil edib ki, bu da təxminən 2 milyon 91 min 493 manata bərabərdir.

Statistikaya görə, kassa aparatları əsasən Çin, Malayziya, Rusiya və Türkiyədən gətirilib.

Çindən 7 853 ədəd kassa aparatı 1 milyon 179 min 950 ABŞ dollarına idxal olunub ki, bu da təxminən 2 milyon 5 min 915 manata bərabərdir. Bu ölkədən gətirilən 1 ədəd kassa aparatının orta qiyməti 150,25 ABŞ dolları və ya 255,42 manat olub.

Malayziyadan 31 ədəd kassa aparatı 35 min 550 ABŞ dollarına gətirilib ki, bu da təxminən 60 min 435 manat təşkil edib. Bu ölkədən gətirilən 1 ədəd kassa aparatının orta qiyməti 1 146,77 ABŞ dolları və ya 1 949,52 manat olub.

Rusiyadan 4 ədəd kassa aparatı 11 min 830 ABŞ dollarına idxal olunub ki, bu da təxminən 20 min 111 manata bərabərdir. Bu ölkədən gətirilən 1 ədəd kassa aparatının orta qiyməti 2 957,5 ABŞ dolları və ya 5 min 27,75 manat təşkil edib.

Türkiyədən isə cəmi 1 ədəd kassa aparatı 2 min 970 ABŞ dollarına idxal olunub ki, bu da təxminən 5 min 49 manata bərabərdir. Bu ölkədən gətirilən 1 ədəd kassa aparatının qiyməti 2 970 ABŞ dolları və ya 5 min 49 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru