Belçika Fələstini tanıyacaq

Bu gün, 16:34           
Belçika Fələstini tanıyacaq
Fələstinin tanınması məsələsi yaxın vaxtlarda ölkənin siyasi gündəliyində əsas mövzulardan birinə çevriləcək.

Bu sözləri Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. Onun sözlərinə görə, bu məsələ artıq hökumət səviyyəsində aktiv müzakirə olunur.

Nazir qeyd edib ki, qərarın iyulun 10-da keçiriləcək Nazirlər Şurasının iclasında nəzərdən keçirilməsi gözlənilir.

Prevo bildirib ki, prosesin sürətlənməsinə HƏMAS-ın Qəzza zolağında inzibati strukturlarını ləğv etməsi təkan verib. Onun fikrincə, bu addım regiondakı siyasi vəziyyətə və Fələstin dövlətinin tanınması ilə bağlı müzakirələrə yeni dinamika qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru