Vüqar Qurbanovun son model BMW-i

17-02-2026, 00:08           
Vüqar Qurbanovun son model BMW-i
Bu gün vəzifəsindən azad edilmiş TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun avtomobili maraq doğurub.

XALQ Milli.az-a istinadən xəbər verir ki, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.

Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı.

Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsilə əlaqəli olması istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.

TƏBİB-in artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsi aşkarlanıb: 99-VJ-999 nömrəli “BMW X7”. Maşının orta bazar dəyəri 250-300 min manatdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]