Xəstəliklərin səbəbi insanları stresə salan məhz münaqişə, davamlı düşmən münasibətdir.

18-02-2026, 07:14           
Xəstəliklərin səbəbi insanları stresə salan məhz münaqişə, davamlı düşmən münasibətdir.
Litvada doğulmuş, Amerikalı kardioloq Doktor Bernard Loun 99 yaşına qədər yaşayıbdı. (1921-2021) 100 yaşında isə, daha yaxşı bir dünyaya köçüb. Ən yaxşıların getdiyi bir dünyaya.
Loun —çünki bu həkim çoxdan qələmə aldığı ilk kitabını bu adla — Bernard Loun adı ilə yazıb. Kitab isə "İtirilmiş Şəfa Sənəti" adlanır.
Vaxtilə bu sirli həkim haqqında tez-tez yazırdılar. Həmkarları onu bir vaxtlar cadugərlikdə günahlandırırdılar; bu, bizim dövrümüz də baş verib. Hörmətli həkimlər kardioloq Bernard Lounun xəstələrə onları güldürən iksirlər verdiyindən şübhələnirdilər. Yaxud da sehrdən istifadə edir.- deyə, qeybətini edərdilər.
Çünki indi hər gün ölüm gözləyən tutqun, ruhdan düşmüş xəstələr bu parlaq həkimlə danışdıqdan sonra, sifətlərinin rəngi allanır, gülümsəməyə və sağalmağa başlayırdılar.
Həqiqət bu idi ki, o, ürək xəstələrini müalicə edirdi. Və o, müalicə protokoluna əməl edərək, defribillyatoru (Defibrillyatorlar müxtəlif, çox vaxt olduqca təhlükəli ürək ritm pozğunluqlarını düzəltmək üçün istifadə olunan cihazlardır. Cihaz ürəyə çatan və onun yığılmasına səbəb olan güclü bir elektrik impulsu yaradır və bundan sonra normal ritm bərpa edilə bilər.) icad edib!
Amma o, həm də başa düşürdü ki, sözlər həm öldürə, həm də sağalda bilərlər. Və həkim bilirdi ki, insanların dərmanlar və əməliyyatlarla olduğu kimi, sözlərlə də sağalar.
Zəhərli sözlər söyləyən qəzəbli bir ananın zəngindən sonra, sağalan bir xəstənin qəfildən öldüyü bir hadisənin Dr. Loun şahidi olmuşdu. Sanki ona pis bir pəri lənət etmişdi.
O, yaxşı bir həkimin xəstəyə gözləmədiyi pis diaqnoz xəbərini verdiyi anın və qadının heç bir səbəb olmadan dərhal öldüyü bir hadisənin də şahidi olub.
O, aptekini kürəkəninə verən və sonra ayağa qalxıb gəzməkdən qorxan bir qoca kişinin ağır durumunun da şahidi olub. Kürəkən qoca kişinin addım səslərindən narahat olurdu ki, birdən kişi sağalar və apteki onun əlindən alar. Qoca kişi az qala öləcəkdi, çünki, ürəyi qırılmışdı.
Dr. Loun ümidsiz bir xəstəsinə daha beş il yaşayacağına söz verdikdən sonra, təsdiq üçün, ona bir qəbz vermişdi. Həmin xəstə daha beş il yaşadı, ailə qurdu və bir gün həmin xəstə yenidən qəbz üçün geri qayıdır. Bundan sonra o, yaşamağa davam edib. Həkim ona yeni qəbz vermişdi. O, necə yaşaya bilməzdi? Bu, zəmanət idi!
Dr. Loun yaxşı başa düşürdü ki, ürəklərimiz xoşagəlməz sözlər və ağrılı münasibətlər tərəfindən qırılır. Bu cür xəstəliklərin səbəbi xəstənin emosional mühitindədir. Bu səbəbdən, sağalmanın baş verməsi üçün, əvvəlcə insanı zəhərli təsirlərdən qorumaq lazımdır!
O, özü öz xəstələrini müdafiə edirdi. Hətta xəstələri incidən qohumlarına belə, məktublar yazırdı. Bu Doktor Loun nə qədər qəribə bir insan imiş?
Münaqişə etiraf edilənə qədər, digər insanın düşmənçiliyi və kin-küdurəti etiraf edilənə qədər, xəstəlik daha da pisləşəcək.
Beləliklə, Loun sadəcə xəstələrə telefonla danışmağı qadağan etmişdi — o vaxtlar mobil telefonlar yox idi. Və o, yalnız xəstənin yaxşı münasibətləri olan qohumlarının ziyarətinə icazə verirdi. İnsanlar sağalırdı, həkimə təşəkkür edirdilər və Loun daha sonra ürək əməliyyatı hazırladığına görə, Nobel mükafatına layiq görüldü. Amma ona, həyatın özü tərəfindən təsdiqlənən bu kəşfə görə, yeni bir Nobel mükafatı da verməli idi.
Ürək tutması – infark- keçirən xəstələrin tərpənməsinə və hərəkət etməsinə icazə verən o idi. Əvvəllər onlar hərəkətsiz uzanmağa məcbur olurdular və onlar tez-tez pis düşüncələrdən, qorxudan və çarəsiz hərəkətsizlikdən ölürdülər. O, minlərlə insanın həyatını xilas edib, bu Doktor Loun.
O, həmçinin bu dünyaya müəyyən bir missiya ilə - onu daha yaxşı bir yerə çevirmək üçün, göndərilən gizli müqəddəslər haqqında da yazırdı. Bu, tamamilə mistikdir, elə deyilmi?
Amma bu doğrudur. Bu cür xüsusi insanlardan biri də Doktor Bernard Loun özü idi. Sözlərlə sağalma sənətinin itirilmiş olduğunu bizə xatırladan böyük həkim. O, yüz yaşında vəfat edib. Çox qəribədir ki, onu xatırlayan insanlar, onun üçün bu gün də darıxır.
Bu kimi insanlar həmişə varlıqları ilə insanları dəstəkləyirlər. Onlar olmadan nə edilərdi? Bu qəddar dünyaya xüsusi olaraq göndərilən xeyirxah, yaxşı insanlar olmadan...
Esmira ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru