Süni intellekt təhsil sistemimizi xilas edə bilməz – Dosent

23-02-2026, 11:52           
Süni intellekt təhsil sistemimizi xilas edə bilməz – Dosent
Süni intellekt çökən təhsil sistemini xilas edə bilməz.

Tribuna.az xəbər verir ki, bu fikirləri dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, süni intellekt dövründə bilik pulsuzlaşır, müəllim monopoliyası dağılır, dil baryeri aradan qalxır, distant təhsil qlobal standartlaşır, sertifikat və bacarıq diplomdan üstün olur:

“Müasir universitet “bina” yox, “platforma”dır, “auditoriya” yox, “ekosistem”dir.

Universitet idarəsi daha “rektor”luq deyil, “innovasiya idarəetməsi”dir.

Təəssüf ki, universitetlərimiz hələ də sənaye dövrü modeli ilə işləyir.

Zorla və səhvən Publik hüquqi şəxs edilən kasıb olan universitetlərimizin qlobal təhsil bazarında gələcəyi yoxdur, müflisləşmə ehtimalı isə çoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]