Niyə Everest zirvəsində dəniz fosilləri tapılır? - Sadə izah

27-02-2026, 16:34           
Niyə Everest zirvəsində dəniz fosilləri tapılır? - Sadə izah
Əgər siz Everesti fəth etsəydiniz, yəqin ki, ən yüksək zirvədə dəniz canlılarının - trilobitlər, krinoidlər və braxiopodlar daxil olmaqla - fosillərini görüb təəccüblənərdiniz.

Bunu "BBC Science Focus Magazine" yazır.

Qeyd olunur ki, onların mövcudluğu təxminən 50 milyon il əvvəl Himalayların necə əmələ gəldiyini göstərir. Bu həmçinin plitə tektonikasının mövcudluğuna dair əsas sübutdur.

Maraqlıdır ki, 200 milyon il əvvəl superqitə Panqea parçalandıqda, Hindistan plitəsi şimal tərəfə, Asiyaya doğru hərəkət etməyə başlayıb. Nəticədə o, Avrasiya plitəsi ilə toqquşub və torpağı - qədim Tetis okeanının dibi də daxil olmaqla - səthə qaldırıb.

Bu böyük toqquşma Himalay və Tibet platosunu yaradıb, okean fosillərini səviyyədən 8000 metrdən yüksək hündürlüyə qaldırıb. Tədqiqatçılar Əvərest zirvəsində dəniz canlılarına aid fosilləri tapmağa davam edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]