Corabda yatmağın gözlənilməz faydaları: Bəs kimlərə qadağandır?

3-03-2026, 17:08           
Corabda yatmağın gözlənilməz faydaları: Bəs kimlərə qadağandır?
Corabda yatmağın bir sıra gözlənilməz faydaları var. Həkimlər bu mövzuda fikirlərini bölüşüblər.

Rusiyalı dermatoloq Eleonora Fedonenko və ortoped Nelya Lobkova "Yahoo" nəşrinə müsahibələrində bununla bağlı açıqlama veriblər.

Eleonora Fedonenkonun sözlərinə görə, corab geyinmək ayaqlar isindikdə aktivləşən təbii termorequlyasiya prosesini stimullaşdırır.

"Tədqiqatlar göstərir ki, ayaqları isti olan insanlar ayaqları üşüyənlərlə müqayisədə orta hesabla 15 dəqiqə daha tez yuxuya gedirlər", - deyə o bildirib.

Yuxu keyfiyyətinin yaxşılaşdırılması üçün dermatoloq hava keçirən və istiliyi saxlayan pambıq və kaşmir kimi təbii materiallardan hazırlanmış, boş və sıxmayan corabların seçilməsini tövsiyə edib.

Ortoped Nelya Lobkova isə əlavə edib ki, corabda yatmaq dərinin qurumasının və sərtləşməsinin qarşısını almağa kömək edə bilər.

Bununla yanaşı, mütəxəssis xəbərdarlıq edib ki, şişkinliyin qarşısını almaq üçün siqaret çəkənlərə, həmçinin periferik arterial xəstəliklər və şəkərli diabetlə əlaqədar qan dövranı problemləri olan şəxslərə corabla yatmaq tövsiyə edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru