Rusiyalı psixoloq bullinqin əsas əlamətlərini sadaladı
3-03-2026, 16:38
"Məktəbdə uşaqlara qarşı zorakılığın əlamətlərinə laqeydlik, emosional təcrid və dərsdən əvvəl yaranan fiziki narahatlıq daxil ola bilər".
Bu barədə rusiyalı psixologiya üzrə fəlsəfə doktoru Kirill Xlomov "RTVI" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, əhvali-ruhiyyənin və emosional vəziyyətin aşağı düşməsi, məktəbdə baş verənlər barədə danışmaqdan imtina, eləcə də uşağın məktəblə bağlı söhbətlərdə iştirak etməməsi bullinqin mümkün göstəriciləridir.
Mütəxəssis qeyd edib ki, məktəbdə zorakılıq müxtəlif formalarda özünü göstərə bilər:
"Uşaqlara qarşı fiziki zorakılıq hallarında azalma müşahidə olunur. Lakin əksər hallarda zorakılıq kobud davranış, müxtəlif formalarda alçaldılma və sosial münasibətlərdən kənarlaşdırma şəklində baş verir".