İranın yeni ali lideri kimdir? – Xamenei onu belə yetişdiribmiş…

4-03-2026, 08:09           
İranın yeni ali lideri kimdir? –
Xəbər verdiyimiz kimi, İran Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini yeni Ali Rəhbər seçib.

Globalinfo.az Müctəba Xameneinin oğlunun dosyesini təqdim edir.

Müctəba Xamenei İranın dini və siyasi elitasında tez-tez adı çəkilən fiqurlardan biridir. 1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei Əli Xameneinin oğludur və ölkənin siyasi sistemində “kölgə təsirə malik siyasətçi” kimi xarakterizə edilir.

Müctəba Xamenei dini təhsilini Qum şəhərində yerləşən dini mərkəzlərdə alıb və gənclik illərində İslam İnqilabı Keşikçiləri Korpusu sıralarında hərbi xidmət keçib. Onun İran-İraq müharibəsi dövründə hərbi təcrübə qazandığı bildirilir.

2000-ci illərdən etibarən onun siyasi nüfuzu daha çox təhlükəsizlik və dini dairələrdə hiss olunmağa başlayıb. Xüsusilə 2009-cu il prezident seçkilərindən sonra ölkədə baş verən etirazların yatırılması prosesində təsir dairəsinin olduğu iddiaları beynəlxalq mediada geniş yer alıb.

Son illərdə Müctəba Xameneinin İranın ali dini lideri postuna potensial namizəd kimi adı hallanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru