Nil çayı niyə bu günə qədər qan qırmızısına çevrilir?!
Bu gün, 12:04

Nil çayı dünyada ən təhlükəli və yaşayış üçün yararsız çaylardan biridir!
Tövratdan məlumdur ki, Misirin bəlaları səbəbindən Nil qanla dolmuşdu. Min illər keçib, amma çay yenə də hər il qan qırmızısına çevrilir.
Nil boyunca çoxlu sayda yosun və digər bitki örtüyü var ki, bu ərazidə təmiz sudan fərqli olaraq, qırmızı görünür. Amma bu, yalnız başlanğıcdır.
Ən maraqlı və təhlükəli dövr sentyabr ayından başlayır və yaza qədər davam edir. Bu müddət ərzində tropik yağışlar torpağı əhəmiyyətli dərəcədə aşındırır və çayı daşdırır. Su bulanıqlaşır: çürümüş bitkilər qarışır, lil qalxır və bütün bu dəhşət birbaşa Aralıq dənizinə axır. Nil lili gil, qum, palçıq, çürümüş tropik bitkilər və müxtəlif mineralların qarışığıdır. Bu dövrdə çay dərinliyindən qan qırmızı rəngdə boyanır, üfunət yüzlərlə kilometr davam edir və bu da çayda nəhəng miqdarda çirklənmə olduğundan xəbər verir.
Dünyada yeganə olan belə bir şey başqa heç bir çayda baş vermir.
Nil planetin ən uzun çayı hesab olunur və uzunluğu 6700 km-dən çoxdur. Nil həm də unikaldır. Ona görə ki, quraqlıq mövsümündə belə, çayda bol su axır!
Есмира Шукурова
TEREF

