Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

13-03-2026, 15:08           
Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI
Avstraliyanın Melburn şəhəri 2026-cı ildə dünyanın ən yaxşı səyahət istiqaməti seçilib.

Müvafiq reytinqi məşhur "Time Out" jurnalı təqdim edib. Ekspertlər və turistlər Melburnu xüsusilə zəngin kulinariya ənənələri, estetik küçələri və binaların damlarında yerləşən məşhur barları (rooftop bars) səbəbindən ziyarət etməyi tövsiyə edirlər.

Reytinq cədvəlində ikinci yeri zəngin tarixi irsi və müasir texnologiyaları ilə Çinin Şanxay şəhəri tutub. İlk üçlüyü isə özünəməxsus mətbəxi və parlaq mədəni həyatı ilə Şotlandiyanın paytaxtı Edinburq tamamlayıb.

Siyahıda həmçinin aşağıdakı şəhərlər yer alıb:

- London (Böyük Britaniya);

- Nyu-York (ABŞ);

- Keyptaun (CAR);

- Mexiko (Meksika);

- Banqkok (Tailand);

- Seul (Cənubi Koreya);

- Tokio (Yaponiya).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru