Səhiyyədə inqilab: diş çıxaran preparat hazırlandı

16-03-2026, 15:06           
Səhiyyədə inqilab: diş çıxaran preparat hazırlandı
Diş həkimliyi sahəsində inqilabi hesab edilən yeni elmi tədqiqat itirilmiş dişlərin yenidən çıxarılması ilə bağlı mühüm nəticələr ortaya qoyub.

Sfera.az xəbər verir ki, alimlər dişlərin böyüməsini dayandıran USAG-1 adlı zülalı hədəf alaraq, orqanizmdə “yuxuda olan” diş tumurcuqlarını yenidən aktivləşdirməyə nail olublar. Məlumata görə, bu istiqamətdə aparılan tədqiqatlar dişlərin təbii şəkildə bərpa olunması üçün yeni imkanlar yaradır. İnsan orqanizmində bəzi hallarda aktivləşməyən əlavə diş tumurcuqları mövcud olur. Alimlər həmin mexanizmi stimullaşdırmaqla yeni dişlərin formalaşmasını təmin etməyə çalışırlar.

“Dentinova Research Hub” və əlaqəli klinik hesabatlara əsasən, 2024-cü ilin sonunda başlayan ilkin insan sınaqları artıq uğurla başa çatıb. Sınaqlar nəticəsində hazırlanan preparatın təhlükəsiz olduğu müəyyən edilib. Hazırda tədqiqatın növbəti mərhələsi davam edir. 2025 və 2026-cı illərdə aparılan klinik sınaqlarda xüsusilə uşaqlar üzərində müşahidələr aparılır və bəzi hallarda diş çıxarma effektinin qeydə alındığı bildirilir.

Bu nəticələr texnologiyanın gələcəkdə geniş tətbiq oluna biləcəyi ilə bağlı ümidləri artırır. Yeni yanaşma diş müalicəsində köklü dəyişiklik yarada bilər. Belə ki, bu texnologiya implant və protez kimi süni həllər əvəzinə, orqanizmin öz bioloji imkanlarından istifadə edərək canlı və təbii dişlərin yenidən formalaşmasını hədəfləyir. Araşdırmanın uğurla tamamlanacağı təqdirdə, bu üsulun 2030-cu ilə qədər geniş tibbi istifadəyə verilməsi planlaşdırılır. Alimlər hesab edir ki, bu texnologiya gələcəkdə diş itkisindən əziyyət çəkən milyonlarla insan üçün yeni və daha effektiv müalicə üsulu ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru