Qadınlarda depressiya və stresin gizli qaynağı: Səbəb yediyimiz ətdir?

17-03-2026, 17:18           
Qadınlarda depressiya və stresin gizli qaynağı: Səbəb yediyimiz ətdir?
Tehran Tibb Elmləri Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, heyvanmənşəli zülalı çox qəbul edən qadınlarda depressiya, təşviş və stres əlamətləri daha çox müşahidə olunur.

Araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.

İranda 489 qadının iştirak etdiyi araşdırmada alimlər bitki və heyvanmənşəli zülalların psixoloji vəziyyətə təsirini öyrəniblər. İştirakçılar qidalanma vərdişləri ilə bağlı sualları və stres, təşviş, depressiya səviyyəsini ölçən DASS-21 anketini doldurublar. Araşdırma zamanı yaş, zərərli vərdişlər və irsi amillər də nəzərə alınıb.

Nəticələr göstərib ki, rasionunda heyvanmənşəli zülal çox olan qadınlarda depressiya riski 2.6 dəfə, təşviş 1.8 dəfə, stres əlamətləri isə 3.7 dəfə daha yüksəkdir. Bitkimənşəli zülal qəbulu ilə psixi sağlamlıq arasında isə ciddi əlaqə tapılmayıb.

Alimlər bildirirlər ki, bu tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, lakin zülal növünün psixi vəziyyətə təsir göstərə biləcəyini ehtimal edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru