OLMUŞ HADİSƏ: OSMANLI ƏSGƏRİNİN LİBASI QORXUSU

Dünən, 12:04           
OLMUŞ HADİSƏ: OSMANLI ƏSGƏRİNİN LİBASI  QORXUSU
19-cu əsrdə Almaniyanın Mülheim şəhərindəki Reyn çayının bir sahilində almanlar, digər sahilində isə fransızlar yaşayırdı. Fransızlar hər il çayın almanlara məxsus hissəsinə keçib məhsulun hamısını toplayıb götürürdülər. O dövrdə birliyini təmin edə bilməyən gücsüz almanlar isə buna qarşı müqavimət göstərə bilmirdilər. Nəsə olan kimi çarəni bu durumu Osmanlı sultanına yazıb, imdad istəməkdə görürdülər. Fransızların bu hərəkətini də osmanlılara bildirən bir məktub yazmağa qərar vermişdilər. Məktubda belə deyilirdi: "Fransızlar hər il bizə zülm edirlər, məhsulumuzu əlimizdən alırlar. Siz dünyaya adını verən imperatorluğun sultanı, İslamiyyətin xəlifəsiniz. Bizi bu zülmdən qurtarın. Əsgər döndərin. Məhsulumuzu bu il toplamaq imkanımızı təmin edin".
Zəifləməyə başladığı bir dövrə təsadüf etdiyindən yardım istəyini incələyən padişah əsgər göndərməyi gərəkli hesab etməz, yalnız əsgər paltarının göndərməyi münasib hesab edər və cavabı bir məktubla içi ağ paltarla dolu üç çuval yollayar. Çaşıb qalan almanlar çuvalı alıb məktubu oxuyarlar: "Fransızlar qorxaq adamlardır. Onlara yeniçəri göndərməyimizə gərək yoxdur. Yeniçəri paltarlarını görmələri kifayət edər. Çuval içindəki Osmanlı əsgəri paltarlarını adamlarınıza geydirin. Məhsul zamanı çayın yaxın yerlərində dolaşdırın. Qarşıdan görən fransızlar üçün bu kifayətdir". Bağ-bağça sahibləri dərhal Osmanlı əsgərinin qiyafətlərini götürürlər. Məhsul yığımı ərəfəsində Mülheimlərdən böyük bir qrup yeniçəri paltarında çay sahilində dolaşmağa başlayarlar. Ertəsi gün gələn xəbər almanların böyük sevincinə səbəb olar: osmanlılardan imdad gəldiyini düşünən fransızlar qorxudan kəndlərini də tərk edərək iç bölgələrinə doğru qaçmışlar. Bu olay Mülheimlilərin qəlblərində taxt qurar. Geydikləri yeniçəri paltarlarını da Mülheimə bağlı Karlsruhe Muzeyinə qoyub ziyarətə açarlar. Şəhərin ən yüksək binasına da Osmanlı bayrağını asarlar. Bundan başqa olayın ildönümündə karnaval təşkil edib, hadisəni karnaval olaraq qeyd edərlər. Bu olay Osmanlının sadəcə bir yeniçəri paltarı ilə almanları fransızların əlindən və talandan qurtardığını göstərən keçmişdən gözəl bir hekayədir.
Fitrət dəyişir sanma! Bu qan yenə o qandır."
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru