Tramp ABŞ-nin Ukrayna üzərində hava məkanını bağlaya biləcəyini istisna etmədi
Bu gün, 11:34
ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik təminatları çərçivəsində zərurət yaranacağı təqdirdə ABŞ-nin ölkə üzərində hava məkanını bağlaya biləcəyini istisna etməyib. Tramp bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşün açıq hissəsində jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Əgər buna ehtiyac olarsa, bəli”, – ABŞ lideri deyib.