Hamam süngərini nə qədər vaxtdan bir dəyişmək lazımdır? - Həkimdən məsləhət

12-08-2026, 16:38           
Hamam süngərini nə qədər vaxtdan bir dəyişmək lazımdır? -
Müəyyən şərtlərdə hamam süngəri mikrobların çoxalması üçün əlverişli mühitə çevrilə bilər.

Bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov öz "Telegram" kanalında paylaşım edib.

Həkim hamam süngərinin 1-2 aydan bir dəyişdirilməsini tövsiyə edib.

Vladimir İvaşkov əlavə edib ki, duşdan sonra hamam süngəri yaxşıca qurudulmalıdır. Çünki isti və nəm mühitdə "Pseudomonas aeruginosa" da daxil olmaqla, bəzi patogenlər sürətlə çoxala bilər.

Bundan əlavə, həkim su prosedurlarından sonra dəsmallardan düzgün istifadə etməyi də məsləhət görüb. Onun sözlərinə görə, dəsmallar yaxşı qurudulmadıqda onların üzərində bağırsaq bakteriyaları da daxil olmaqla, müxtəlif mikroorqanizmlər çoxala bilər.

"Məsələ onların nə qədər tez-tez yuyulmasında deyil, qurudulmasındadır. Dəsmalı elə asın ki, tamamilə qurusun", - deyə Vladimir İvaşkov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]