Borclu ƏMDX, Nizami RİH tələbkar qazinin əmlakını necə satıb?
Bu gün, 15:24

Məhkəmə qərarlarını icra etməkdən imtina məmurun konstitusion hüququdur (?)
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022 tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ayrı – ayrı fəaliyyət yönümlü qurumların korrupsiyaya qarşı mübarizə çabalarını birləşdirməyə , bu mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə hesablanıb.
Korrupsiyanın qanunun aliliyinə və sosial ədalətə təhlükə yaratması , iqtisadi və sosial inkişafı ləngitməsi , əlverişli biznes mühitinin formalaşmasına mane olması vurğulanan sərəncamın önəmini danmaq olmaz. Bircə digər hüquqi aktlar kimi, korrupsiyaya qarşı mübarizənin özü kimi, bu sərəncamın da imitasiya , gözdən pərdə asmaq kampaniyası xarakteri daşıyacağı qorxusu olduqca realdır. 7 il qabaq 03.04.2019-cu tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsinə” sərəncam verən prezidentin buyuruğu elə kağız üzərində də qalıb, məhkəmə hüquq sistemi korrupsiyanın çiçəkləndiyi bostana çevrilib. “Korrupsiya bostanı”nın baş qanunu QEYRİ - PROSESSUAL BAZARLAŞMA QANUNUDUR!
Prezident Sərəncamının dərc olunması ilə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin işinin “canlanması” müşahidə olunur. Borclu Sosial Xidmətlər Agentliyinin 11-ci ildir dövlətin adından çıxarılan Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarını icra etməkdən imtinasından, Nizami rayonu, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evi rüşvətlə gizlin bölməsindən 2019 -cu ildə 161 qaynar xəttinə şikayət üzrə 2 ildən sonra Rəşad Məmmədov adlı müstəntiqin 09.09.2021-ci ildə aldığı izahatın “taleyinə aydınlıq gətirilib”. Baş korrupsiya idarəsi heç bir şəxsin əməlində cinayət olmadığını (?) bildirib . Bəs bu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın özü hanı , niyə 5 ildir şikayətçiyə verilmir? Axı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212-ci maddəsinə əsasən vətəndaşın qərardan şikayət vermək hüququ var! Qərar qəbul edilibsə verilməlidir, edilməyibsə, bunu əməldə cinayət faktının olmaması ilə izah etməyin özü korrupsiyaya uyğundur. Belə bəlli olur ki, baş korrupsiya idarəsi barəsində şikayət edilən korrupsiya subyektləri ilə qeyri-prosessual münasibətə girərək şikayətləri it-bata salır. İndi korrupsiyaya qarşı mübarizənin effekt(sizliy)ini görün, Bakı İnzibati Məhkəməsi borclu Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısı ilə qərarının icrasını təmin etməkdən imtina edir, heç icra vərəqəsi belə vermir; heç tələbkar Qarabağ qazisinin çoxillik ərizələrinə belə baxmır, korrupsiyaya qarşı mübarizə baş idarəsi isə 161-ə şikayətlərdən 3 il sonra izahat alıb, 7 aydan sonra cinayət faktı olmadığını şifahi şəkildə Ombudsman Aparatına bildirir! (?) Belə “mübarizə” ilə , əlbəttə, məhkəmə-icra qeyri-prosessuallığı , korrupsiyası güclənər.
Borclu DSMF tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialının məhkəməyə hörmətsizliyinin yaşı bir az azdır. Pensiya filialı 3 ildir özbaşına 05.07.2017 tarixli məhkəmə qərarının icrasını dayandırıb və 4-cü ildir bərpasına BİM-lə qeyri-prosessual əlaqəyə girib, imkan vermir. Özbaşınalığa baxın, məhkəmə borclunun sifarişi ilə tələbkarın ərizələrini belə qəbul etmir. Borclu XŞTMF o qədər özbaşınadır ki, tələbkardan 3 mindən yuxarı borc tələb edir. Guya özbaşınalığını gec etdiyindən 3188 manat artıq ödəmə olub. Bəs niyə bu artıq ödəməni məhkəmə ilə tələb etmir? Axı məhkəmə (qərarı) ilə verilən ödənişin məhkəmə yolu ilə geri alınması mümkünsüzdür!
4 il qabaq Vətəndaşların qəbulu mərkəzində Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü, korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Fuad Ələsgərovun qəbuluna gedəndə Əmlak Xidmətindən olduğunu deyən Nurəddin adlı şəxs 18-ci ildir Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların 2008-ci ildə özəlləşdirildiyini zənglə bildirib, TƏCİLİ tələbkardan həmin özəlləşmə şəhadətnaməsini göndərməyi (?) istəyib. Heç demə, Prezidentin sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı korrupsiyaya qarşı mübarizə baş idarəsi borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib və əmlak xidmətçiləri də borclarını ödəməkdən imtinalarını məhkəmə qətnaməsindən bir il qabağa saxtalaşdırdıqları 2008 tarixli özəlləşmə şəhadətnaməsi ilə “əsaslandırmaq” yolu seçiblər. Qanunların icrasına nəzarət edən prokurorluğun qanuna qarşı çıxaraq şikayəti barəsində şikayət edilən quruma göndərməsi “mübarizəsi” bir yana, borclu əmlak xidmətinin tələbkardan əmlaka aid ayı – günü bilinməyən 2008 tarixli “özəlləşmə sənədi” tələb etməsi hansı korrupsiyaya qarşı mübarizə qanununda, hansı prezident sərəncamında yazılıb? Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinə 17 il qabaq verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqlar məhkəmə qərarından 2 il sonra saxta şəhadətnamə ilə özəlləşdirilib , borclu Əmlak Məsələləri
Dövlət Xidməti isə “kupça” xidməti” göstərən yanındakı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yox, tələbkar Qarabağ qazisindən saxta özəlləşdirmə şəhadətnaməsini prokurorluğa “əsas” kimi təqdim etməyə istəyir.
Borclu İqtisadiyyat Nazirliyi yanında ƏMDX indi DƏDKR-in qanunsuz cavabları ilə Xətai məhkəməsinin 26 may 2009-cu il tarixli qətnaməsi ilə Qarabağ qazisinin istifadəsinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanında yerləşən otaqların 2008-ci ildə icarəçi (18-Cİ İLDİR NƏ GÜN – AY , NƏ DƏ AD-SOYAD – ATA ADI “TAPILIR”-M.B.) tərəfindən özəlləşdirildiyini bildirir. Və məhkəməyə müraciət etməyi (?) məsləhət bilir. Borclu Nizami RİH, ƏMDX, Ədliyyə Nazirliyinin icra şöbələri hələ də anlamırlar ki, məhkəmə qərarından əvvəl, yaxud sonra “özəlləşdirilməsindən” asılı olmayaraq, heç bir saxta-doğru şəhadətnamə , özəlləşmə sənədi, notariat qeydi DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINDAN, KONSTİTUSİYADAN ÜSTÜN OLA BİLMƏZ! Konstitusiyaya hörmətsizliyə
baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclular JEK-in “icarə sərəncamı”ndan aşağıda tuturlar! (?)
Konstitusiyada, normativ hüquqi aktlarda təsbit olunub ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Biz görməsək də, qanunvericilik borclunun borcunu ödəməli olduğunu diqtə edir. 18-ci ildir Konstitusiya, qanun tərsinə “dövran edir”: BORCLU TƏLƏBKARDAN “BORCUNU” ÖDƏMƏYİ TƏLƏB EDİR!(?)
Məmur özbaşınalığı konstitusion hüququ ləğv edirsə, “JEK”-in, hansısa pensiya qurumunun saxtalığı Konstitusiyadan üstün sayılırsa, Konstitusiya qüvvədə sayıla bilərmi? MƏHKƏMƏ QƏRARLARININ İCRASINDAN İMTİNA MĞMURUN KONSTİTUSİON HÜQUQUDUR?
Məğrur BƏDƏLSOY
GundemXeber

