Alimlərdən XƏBƏRDARLIQ: İldırım çaxmaları artacaq

13-08-2026, 16:38           
Alimlərdən XƏBƏRDARLIQ: İldırım çaxmaları artacaq
İqlim dəyişiklikləri uzunmüddətli quraqlıqların daha tez-tez baş verməsinə və ildırım çaxmalarının sayının artmasına səbəb olur.

"RIA Novosti" xəbər verir ki, bunu Kanadanın Britaniya Kolumbiyası Universitetinin professoru Lori Deniels qlobal istiləşmənin qaçılmaz nəticələrindən danışarkən bildirib.

Onun sözlərinə görə, iqlim böhranı uzunmüddətli quraqlıq dövrlərinin daha tez-tez baş verməsinə səbəb olur. Bundan əlavə, iqlim dəyişiklikləri ildırım çaxmalarının sayının artmasına gətirib çıxarır.

Deniels bildirib ki, BMT qlobal temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq məqsədinə nail olunana qədər bəşəriyyət belə hava şəraitinə uyğunlaşmalı olacaq.

"Bu məqsədə nail olunana qədər daha şiddətli quraqlıqlara və ildırım çaxmalarına uyğunlaşmalıyıq", - deyə klimatoloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]