Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ: Qanda xərçəng riski ilə əlaqəli dəyişikliklər tapıldı

13-08-2026, 12:18           
Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ:
Tədqiqatçılar qanın tərkibində havanın çirklənməsi və gələcəkdə ağciyər xərçənginə tutulma riski ilə əlaqəli dəyişikliklər aşkar ediblər.

Elmi tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Mütəxəssislər 1 357 nəfərin qan nümunəsini araşdırıblar. Onlardan 671 nəfərə sonradan ağciyər xərçəngi diaqnozu qoyulub.

Araşdırma zamanı səkkiz metabolitin həm çirkli havanın təsiri, həm də sonrakı xərçəng riski ilə əlaqəli olduğu müəyyənləşdirilib. Bu dəyişikliklərdən bəziləri diaqnoz qoyulmazdan bir neçə il əvvəl müşahidə edilib.

Alimlərin bildirdiyinə görə, aşkar edilən dəyişikliklər iltihab, oksidləşdirici stres, toksinlərin zərərsizləşdirilməsi və enerji mübadiləsi prosesləri ilə əlaqəlidir.

Bununla belə, alimlər vurğulayırlar ki, məhz bu molekulların xərçəngə səbəb olduğunu hələlik qəti şəkildə demək mümkün deyil. Söhbət yalnız statistik əlaqədən gedir.

Tədqiqatın nəticələri gələcəkdə ağciyər xərçəngi riski yüksək olan insanları müəyyənləşdirməyə imkan verən xüsusi qan analizinin hazırlanmasına kömək edə bilər. Bu, xüsusilə siqaret çəkməyən insanlar üçün əhəmiyyətli ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]