Orqanizminizdə iltihab varsa qəhvə için

17-08-2026, 10:24           
Orqanizminizdə iltihab varsa qəhvə için
Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Demokrat.az xəbər verir ki, alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stress reaksiyasında rol oynayan “NR4A1” reseptoru ilə qarşılıqlı əlaqəyə girə bilər.

Bu reseptorun fəaliyyətindəki dəyişikliklər isə iltihabla əlaqəli gen və zülalların işinə təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, məhz bu mexanizm qəhvənin orqanizmdə iltihabi proseslərin azalmasına müəyyən qədər təsir göstərməsini izah edə bilər.

Qeyd edək ki, araşdırma qəhvənin iltihabı mütləq şəkildə azaltdığını deyil, onun bu prosesə təsir göstərə biləcəyini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]