Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar? - Mütəxəssislərdən açıqlama

Dünən, 12:44           
Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar? - Mütəxəssislərdən açıqlama
İstifadə müddəti bitmiş evdə hazırlanmış konservlərin istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.

Oxu.Az xəbər verir ki, "Roskaçestvo"nun (Rusiya Keyfiyyət Sistemi) mütəxəssisləri RT-yə müsahibələrində evdə hazırlanmış konservlərin saxlanma müddəti ilə bağlı məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, konservlərin saxlanma müddəti məhsulun növündən və konservləşdirmə üsulundan asılıdır.

Belə ki, hermetik qablarda duzlu və marinad edilmiş tərəvəzlər iki il, sirkə ilə marinad edilmiş tərəvəzlər isə bir il ərzində saxlanıla bilər.

Kələm turşusunun hazırlandıqdan sonra səkkiz ay ərzində istehlak edilməsi tövsiyə olunur.

Leço və tərəvəz kürüsünün saxlanma müddəti 10 ay, mürəbbə və kompotların isə bir ildir.

Marinad edilmiş və duza qoyulmuş göbələklərin də saxlanma müddəti bir il təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]