ABŞ-də Kanadanın ticarət müharibəsində qalib gələ bilməyəcəyi bildirilib
Bu gün, 00:08
ABŞ nəqliyyat naziri Şon Daffi Ottavanın Vaşinqtonla ticarətdən daha çox fayda əldə etdiyini deyib.
Teleqraf xəbər verir ki, Kanadanın ABŞ-lə ticarətdən Vaşinqtondan daha çox fayda əldə etdiyi üçün iki ölkə arasında ticarət müharibəsində qalib gələcəyinə inanmaq düzgün deyil.
Bunu ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib.
O, "Fox News" telekanalının efirində deyib ki, Kanada ABŞ-lə ticarətdən Vaşinqtonun Kanada ilə ticarətdən əldə etdiyi faydadan daha çox qazanc götürür.
Nazirin sözlərinə görə, Kanadanın ABŞ Prezidenti Donald Trampla ticarət müharibəsinə girərək Vaşinqtona qalib gələcəyini düşünməsi yanlış yanaşmadır.