Haaland saçlarını kəsdirdi – Fotolar – Video

Bu gün, 00:09           
Haaland saçlarını kəsdirdi – Fotolar – Video
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yeni Premyer Liqa mövsümü öncəsi imicində dəyişiklik edib.

Tribuna.az xəbər verir ki, 26 yaşlı futbolçu “Bornmut”la oyundan əvvəl “Sky Sports”un canlı yayımına yeni saç düzümü ilə çıxıb.

Haaland uzun və arxadan bağladığı saçlarından imtina edərək, daha qısa saç stilinə üstünlük verib. Yeni görünüşü onun “Borussiya Dortmund”da çıxış etdiyi ilk illəri xatırladıb.

Haaland sosial media hesabında da saç düzümünün müxtəlif mərhələlərini əks etdirən fotosunu paylaşıb.

Norveçli ulduz daha əvvəl uzun saç stilini Zlatan İbrahimoviçin məsləhəti ilə saxladığını açıqlamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]