Başqırdıstanda 7 erməni güllələnib

29-10-2015, 17:30           
Başqırdıstanda 7 erməni güllələnib
Rusiyanın Başqırdıstan vilayətinin Salavat şəhərində maskalı şəxslər 7 ermənini güllələyiblər, onlardan biri xəstəxanada ölüb.

APA-nın "Lifenews”a istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da şəhərdəki avtoservisdə baş verib. Hücumun qurbanları yerli erməni biznesmen və onun dostları olub. Onların biri ölüb, digərləri ağır vəziyyətdədir. Ölən şəxs avtoservisin sahibi A. Sarkisyandır.

Saytın yazdığına görə, atışmadan əvvəl xəsarət alan şəxslərlə naməlum şəxslər arasında yolda mübahisə yaranıb. Mübahisə iştirakçılarından biri travmatik silahdan havaya bir neçə dəfə atəş açıb. Daha sonra münaqişə avtoservisdə davam edib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru