Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq ?

Bu gün, 11:59           
Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq ?
Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq – bütün bu sualların cavabını mediada yayılmış bir məlumat tam izah edir.
Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı sistemli şəkildə qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələbləri həyata keçirildiyi ilə bağlı şikayət ediblər.
Məlum olur ki, 2003-cü ildə Ramiz Mehdiyevin kürəkəni, o zamanlar deputat olan Əliyev onlara zəng edib, hədə-qorxu gələrək bizneslərindən pay istəyib. Məcbur olun razılaşıblar, bu zəngdən sonra hər ay kürəkənə 70-80 min, ümumilikdə 9 mln. manat pul ödəyiblər.
Təbii ki, belə “korrupsiya və reket vergisini” uzun zaman ödəmək çətinliklər yaradıb, məcburən 5 mln. manat da kredit alıblar. Pararlel olaraq rəsmi vergiləri də ödəmək lazım gəlib – ödəyiblər, amma, hələ də 130 min manat vergi borcları var. Bundan başqa bu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 600 000 manatdan artıq cərimə tətbiq edilib və həmin məbləği kredit və borc hesabına ödəməyə məcbur olublar.
Sahibkarlar deyir ki, kürəkən hələ də onlara təzyiq edir ki, etdikləri şikayəti geri götürsünlər. Hə, mən demirəm ki, bu biznesmenlər süddən çıxmış ağ qaşıqdılar - təbii ki, yox, amma, sistem onları öz oyun qaydaları ilə oynamağa məcbur edib.
Bu hekayə ölkədə yüzlərlə bənzər hekayələrdən sadəcə biridir, mətbuata, gün üzünə çəxanlardandır – görün hələ nə qədəri bilinmir, diqqətdən kənarda qalır. Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir, xərclərini kreditlər hesabına qarşılayır, başqa heç bir yerdən işıq gəlmir deyə, ümid edirlər ki, nə zamansa düzələcək. Böyük biznes isə büdcə xərcləmələrinin süni şəkildə “qurudulmasına” görə batır. Mənzərə belədir...
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]