Tehran Vaşinqtona şərt qoydu: Hörmüzlə bağlı 5-ci maddə icra edilməlidir

Bu gün, 09:36           
Tehran Vaşinqtona şərt qoydu: Hörmüzlə bağlı 5-ci maddə icra edilməlidir
ABŞ-nin İranla imzaladığı anlaşma memorandumuna, o cümlədən Hörmüz boğazının idarə olunmasına dair bəndin icrasına sadiq qalması Tehranın Vaşinqton nümayəndələri ilə dolayı danışıqların bərpası üçün şərtidir.

Bu barədə "Tasnim" agentliyi xəbər verir.

Agentliyin mənbələrinə görə, Pakistan ordusunun baş komandanı Asim Munirin Tehrana səfəri zamanı ona İranın mövqeyi çatdırılıb:

"Vaşinqtonun İslamabad sazişinə (anlaşma memorandumuna) qayıtması və onun müddəalarının, o cümlədən İranın Hörmüz boğazını idarə etməsi haqqında 5-ci maddənin icrası İslam Respublikasının dialoqun bərpası üçün əsas şərtlərindən biridir".

Qeyd olunur ki, Pakistan tərəfi bu mövqeyi ABŞ-yə çatdırmağa çalışır.

Bildirilir ki, Munirin İran rəhbərliyi ilə görüşləri zamanı Pakistan Silahlı Qüvvələrinin baş komandanı ABŞ-dən Tehrana ünvanlanmış heç bir təhdid və ya oxşar mesaj ötürməyib, əksinə, danışıqların bərpası və davam etdirilməsi üçün şərait yaratmağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]