Bred Pittin qərarı yaxınlarını təşvişə saldı: Yeddi illik fasilədən sonra...
Bu gün, 10:46

Aktyor Bred Pittin yeddi illik fasilədən sonra yenidən spirtli içki qəbul etməyə başlaması onun dostlarını narahat edib.
Bu barədə "Radar Online" nəşri sənətçinin ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bredin "Anonim içki aludəçiləri" cəmiyyətində tanış olduğu bəzi şəxslər vəziyyətdən ciddi şəkildə narahatdırlar. Onlar aktyorun ayıq həyat tərzinə necə ciddi yanaşdığını xatırlayırlar. Belə bir keçmişi olan şəxsin spirtli içkilərdən mülayim istifadəsinin hər zaman bu səviyyədə qalacağına əmin olmaq mümkün deyil və bu, onları təşvişə salır.
Bununla yanaşı, Pittin yaxın ətrafı hesab edir ki, onun sevgilisi İnes de Ramon aktyorun spirtli içki qəbulu ilə bağlı vəziyyəti tənzimləməsinə kömək edəcək və ona nəzarət edəcək.
Tabloidə danışan şəxs əlavə edib: "İnes onun keçmişini bilir və insanların niyə narahat olduğunu anlayır. Bred isə bu vəziyyətin öhdəsindən gələ biləcəyini düşünür. Onun yeddi illik ayıqlıq dövrünü izləyən dostları aktyorun son dərəcə ehtiyatlı davrandığına ümid edirlər".
Qeyd edək ki, avqustun 11-də "Esquire" nəşrinə müsahibəsində Pitt yeddi illik fasilədən sonra yenidən spirtli içki qəbul etməyə başladığını etiraf edib. Aktyor hazırda az miqdarda spirtli içki qəbul etdiyini, məsələn, "bir neçə qədəh" şərab içə bildiyini deyib.
Ehtimal olunur ki, Bred Pitt təyyarədə baş verən və keçmiş həyat yoldaşı Ancelina Coli ilə altı uşağından ən azı ikisinin üzərinə içki tökülməsi ilə nəticələnən şiddətli mübahisədən sonra içkini tərgitmişdi. Daha sonra aktrisanın qaldırdığı məhkəmə iddiasının sənədlərində sənətçinin "uşaqlardan birini boğduğu və digərinin üzünə vurduğu", həmçinin "Colinin başından tutaraq onu silkələdiyi" iddia edilirdi.

