YERUSƏLİM KİMİN ŞƏHƏRİ OLMUŞDUR ???
Bu gün, 08:14

Qardaş Türkiyənin prezidenti hörmətli cənab Ərdoğan son çıxışlarının birində dedi ki, Yerusəlim şəhəri 4 yüz il Türkiyənin hakimiyyəti altında olmuşdur. Doğrudur, mən qədim dillər və mədəniyyətlər üzrə bir elmi işçi kimi Yevrey əsilli tarixçilərə istinadən əlavə edirəm ki, Yerusəlim yaranışdan Türk şəhəri olmuş, Türklər tərəfindən salınmışdır. Əsərlərinə istinad etdiyim tarixçilərdən biri İ.İ.Şopendir. O, 1866- cı ildə Sankt Peterburqda Rusiya İmperator Akademiyasının qərarı ilə nəşr olunan kitabında yazır ki, Yerusəlim şəhərinin ilk sakinləri 4 təkərli arabalarda yaşayan köçərilərdir. Onlar sami deyildir, indiki Türkmənlərin əcdadlarıdır (Şopen İ.İ. Novıe dannıe o Kavkaze i eqo drevnix obitateley. 1866, səh.495). Həmin faktı daha dəqiq şəkildə V.V.Struve 1919- cu ildə Peterburqun Evreyskaya Biblioteka nəşriyyatında çap olunan əsərində bildirir. Yazır ki, Yerusəlim şəhərini Moiseylə birlikdə Misirdən qovulan Aziyalı kiksoslar salıblar. .Assurlardan qorunmaq üçün qala divarları çəkib şəhəri alınmaz məkana çeviriblər. Saldıqları şəhərə öz dillərində Er salim, yəni salamat yer adı veriblər. Sonra yəhudilər gələrək şəhəri onlardan alıblar (Struve V.V. Prebıvaniya İzrailya v Eqipet v svete istoriçeskoy kritiki. 1919.sıh. 3, 5, 10). Moiseylə Misirdən İzrailə gəlib Yerusəlim şəhərini salan Asiyalı köçəriləri Yevrey tarixçiləri iq+os, qik+sos, xan+aan adlandırırlar, çünki onlar Türkcə iq və xan titulu daşıyırdılar. Yevrey əsilli tarixçi İosif Flavi hələ eranın lV əsrində yazmışdır ki, Yerusəlim şəhərini yəhudilər yox, Asiyalı köçəri xanaanlar, yəni xan titulu daşıyan asiyalı türkmənlər-İ.C. salıblar (İosif Flaviy. İudeyskaya voyna. Minsk, 1991. səh. 414). Tarixi mənbələrə istinadən bildirirəm ki, Aralıq dənizinin şərq sahilində daim bir-biri ilə vuruşan iki dövlət var idi: İudeya və İzrail. İudeya cənubda, İzrail bir qədər şimalda idi. İudeya yəhudilərin, İzrail Azər övladlarının ölkəsi idi. Azər övladları iudalarla vuruşa-vuruşa şimala çəkildilər. Babəkdən qabaq Xürrəmilər hərəkatına başçılıq edən Həmzə Azərək oğlu idi. Henrix Hrets "Yevreylərin tarixi" əsərinin l cildində yazır ki, Solomon yəhudilərin öldürdüyü Sadokun yerinə oğlu Azarianı Yerusəlim məbədinə kahin təyin etdi (Qenrix Qrets. İstoriya yevreyev. c.l. Odessa, 1906. səh. 266). Azaria Azər oğlu, Azər nəslindən olan deməkdir, Sadok, yəni Satuk Türk adıdır: Satuk Buğra xan. Bibliyanın təfsirçiləri Satukun təriqətini Saddukey adlandırırlar. Ona görə Saddukey adlandırırlar ki, prototürk Satuk adı gözlərə görünməsin. Nəzərə alsaq ki, Süleyman peyğəmbərin titulu Türkcə Ər Pundur, biz İzrail dövlətinin və mədəniyyətinin ilk yaradıcılarından biriyik. B.A.Turayev "Finikiya ədəbiyyatının qalıqları" əsərində yazır ki, Yerusəlim şəhəri qədim mənbələrdə bəzən Erat, yəni ərlərin, ərənlərin - ölkəsi kimi göstərilir (Turayev B.A.Ostatki Finikiyskoy literaturı. Sankt Peterburq, 1903. səh. 113). İvrit salnaməçiləri yazırlar ki, Kir əsir edib şərqə köçürdüyü iudaları İudeyaya yox, Yerusəlimə qaytardı (Sısoyev V.M. Assuriya i drevniy İran. Moskva, 1939.s.17). Bundan sonra İzrailin hakim Azər övladları şimala, Qafqaz dağlarının ətəklərinə, Xəzər dənizinin sahillərinə köçməyə məcbur oldular. Əsrlər ötəndən sonra özlərinə qohum olan döyüşkən Türk tayfaları ilə birləşib Xəzər xaqanlığını yaratdılar. Xəzər dənizi onların adı ilə həm də Hazar, yəni Azər dənizi adlanmağa başladı. Son zamanların yəhudi tarixçiləri iddia edirlər ki, Xəzər xaqanlığını mədəni iudalarla döyüşkən, ancaq çox da mədəni olmayan Türk tayfaları yaradıblar. Əksinə, Hazariya-Azariya övladları o mədəniyyəti iudalarla vuruşa-vuruşa qədim Azər yurdundan-İzraildən gətirmişdilər. Türkoloji tədqiqat üçün maraqlıdır ki, İzrailin yəhudilərdən öncəki Azər nəsli Uz da adlanır. Eranın l əsrində yaşamış Arximandrit İeronim "Bibliya arxeologiyası" əsərinin l cildində yazır ki, Solomondan 150 il sonra Yerusəlim şəhərini tutan, Hind və Sind ilə dəniz ticarətini bərpa edən Uzia elə Azariadır (Arximandrit İeronim. Bibleyskaya arxeoloqiya". c.l. Sankt Peterburq. 1843. səh.273). Uz Misir piramida mətnlərində Aukuz adlandırılan iq və xan titullu prototürk nəsillərdən biridir. O nəsillərdən ki, Misirdə firon, Finikiyada hakim olmuşdur, Nil çayı vadisində Təklə, Təkə, Sinay dağının ətəyində Avar, Elamda Şuşa şəhərini salmışdır. Hörmətli alimlərimiz!!! Gəlin, öz dövlət və mədəniyyət tariximizi dərindən öyrənək. Müqəddəs işlərində ölkə başçılarımıza, siyasətçilərimizə dəstək olaq.
İlhami Cəfərsoy,
Tarixçi Alim.

