“ABŞ və İsrail sosial partlayışa hazırlıq görür“ - Pezeşkian xəbərdarlıq etdi

Bu gün, 10:44           
“ABŞ və İsrail sosial partlayışa hazırlıq görür“ -[u][/u]
"ABŞ və İsrail iqtisadi etirazları gücləndirərək ölkədə iğtişaş yaratmaq istəyir"

AzFakt.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İslam Respublikasında iqtisadi narazılıqları artırmaqla daxili iğtişaşlar törətməyə çalışdığını bildirib.

O qeyd edib ki, düşmənlər hərbi yolla İran xalqını təslim edə bilməyəcəklərini anlayıblar, ona görə də sosial və iqtisadi problemlər yaradaraq ölkəni qarışıqlığa sürükləməyi hədəfləyirlər. Pezeşkianın sözlərinə görə, iqtisadi təzyiq ABŞ-nin İranı məcbur etmək üçün əsas strategiyalarından biridir.

Prezident vurğulayıb ki, problemlər qarşısında geri çəkilib təslim olmaq yolverilməzdir. O, dövlət rəsmilərinin əsas səyinin həmrəyliyi qorumaq olduğunu söyləyib və cəmiyyətin bütün üzvlərinin iştirakı ilə ölkəni inkişaf etdirəcəklərini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]