İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Pakistanın "Geo News" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir: "Xəstəxananın ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb. Yanğın doğum şöbəsinin içərisində kondisioner kompressorunun partlamasından sonra başlayıb".
Xilasetmə qrupları hazırda yanğını söndürmək üçün çalışırlar.