Təbrizdə Pəhləvi xiyabanı yoxdur. Böyük xiyabanımız Sərdarımızın (Səttar xanın) adınadır - Seyid Cəfər Pişəvəri

Bu gün, 07:14           
Təbrizdə Pəhləvi xiyabanı yoxdur.
Rza xan (Rza şah Pəhləvi) iş başına gəlib Azərbaycanı parçalamaq siyasətinə başlamazdan əvvəl Azərbaycanda milli teatrolarımız geniş bir surətdə tərəqqi etməkdə idi. Xalq (arvad və kişi) tamaşalara kəmal-meyil ilə hazır olub sənətkarlarımızın əsərlərini seyr edirdi. Fəqət teatro məcburən fars dilinə çevrilən kimi tamaşa salonlarımız bağlanmağa məcbur oldu. Çünki xalqımızın əksəriyyəti bu dili anlamağa qadir deyildi....İndiyədək məscidlər və minbərlərdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib dini vəzifələrini yerinə yetirirlər. Biz Azərbaycan dilinin müxaliflərindən soruşuruq ki, bu işdə nə pislik var? Niyə bir dildə minbərdə istifadə etmək olar, amma məktəblərdə olmur? Mən kəndlərdə və xırda şəhərlərdə müəllimlər gördüm ki, fars dilini heç bilməyən kəndli və əsnafa bu dildə maarif mövzusunda nitq edirdilər. Məxsusən Salmasda bu gulunc işin lap qaba bir şəklini keçən il görməyə müvəffəq oldum. Mən Salmas sözünün məxsusən işlətdim. Çünki bizim Şahpur Əlirzaya (Salmas onun adı ilə Şahpur adlandırılmışdı - red.) iradətimiz yoxdur. Şahpu sözü onun əxlaqi cinayətlərini nəzərdə canlandırır. Səttarxan xiyabanının da Pəhləvi adlanması qulaqlarımızı zay edir, ruhiyyəmizi incidir. Azərbaycanı qurbanlıq qoyunu kimi parçalayan Rza xan Pəhləvi adına Təbrizdə xiyaban da ola bilməz. Onu Təbriz əhalisi öz milli qəhrəmanı Səttarxan adına adlandırmışdır. Poçtxanalarımız bunu bir dəfəlik bilməli Pəhləvi adına gələn məktubları geri qaytarmalıdır. Təbrizdə Pəhləvi xiyabanı yoxdur. Böyük xiyabanımız böyük Sərdarımızın (Səttarxan nəzərdə tutulur - red.) adınadır.
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]